Tərkibi:
100 qr. qara şokolad
100 qr. ağ şokolad
500 ml33-38%-liqaymaq
150 qr. şəkər tozu
10 qr. jelatin
Hazırlanması:
Jelatin 150 ml qaynadılmış soyuq suda isladılır. Paketdə göstərilən vaxta qədər saxlanılır.
Sonra ocaq üstündə qızdırılır, qaynayana yaxın götürülür. Ev temperaturunda soyudulur.
Ağ şokolad qaynar su vannasında əridilir, sonra ev temperaturunda soyudulur.
Qara şokalad da həmçinin bu vəziyyətə gətirilir.
Qaymaq şəkər tozu ilə çalınır.
Qaymaq iki hissəyə bölünür, yarısı ağ şokolada qatılır.
Jelatinin yarısı da bu qarışığa əlavə edilir.
Qaymağın qalan yarısı da qara şokolada qatılır.
Həmçinin, jelatinin o biri yarısı bu qarışığa əlavə olunur.
Sufle üçün qab götürülür. Yarısına ağ, yarısına isə qara sufle tökülüb 5 - 6 saat soyuducuda saxlanılır.
Nuş olsun!
(Tərcümə edilib)