Əziz Qadın.Netlilər, bu gün mən sizə şəxsi təcrübəmdən keçirdiyim videorolik təqdim etmək istəyirəm.
2 il bundan əvvəl mənim çəkim 45 kq idi. Ən böyük arzum kökəlmək idi. Və nəhayət, mən kökəldim, amma bu, mənim ürəyimcə olmadı. Ən çox xoşuma gəlməyən qarın hissədən kökəlməyim oldu. Çəkim 52 kq, boyum 156 sm-dir.
İndi bu, mənim ən böyük problemimə çevrilib. Və mən özümə söz verdim ki,arıqlayacağam.
Təqdim etdiyim video mənim ən böyük yardımçım oldu.Bu videodakı hərəkətlərlə birgə pəhriz də saxladım, çörək mənim qida rasionumda əvəzolunmazdır. Xörəyi axıra qədər yemirəm, mütləq hər gün alma,armud, gavalı, şaftalı yeməliyəm.
Videorolikdəki idman hərəkətləri 2 həftə ərzində 2 kq arıqlamağıma səbəb oldu.
Əziz, Qadın.Netlilər, tənbəlliyin daşını ataraq sağlam arıqlamağa doğru irəli!