Bir gün sinəmdə nəsə bir ağrı hiss etdim.Keçər dedim,adi bir ağrı saydım,nəsə fikir vermədim.Amma səhv etmişəmmiş,vaxt keçdi,yenidən ağrılar baş qaldırdı.Və bir gün hiss etdim ki,döşümdə nəsə artıq bir şey daşıyıram.Həkimə getdim,mənə şiş olduğunu dedi.Özüm də,evdəkilər də çox təşvişə düşdük.Hansı həkimə getdimsə,hamısı yenidən hamilə qalıb uşaq dünyaya gətirmək lazım olduğunu dedi.Əgər yenidən ana olardımsa,ağrılarım keçib gedəcəkdi.Amma mənim iki oğlum var idi və heç cürə üçüncü dəfə ana olmaq istəmirdim.Və nəhayət ki,razı oldum.Qan qrupları ilə,cədvəllərlə qız uşağı planlaşdırdıq.Həkim uşağa süd verərkən ağrıların məndən gedəcəyini dedi.Amma mən gül balama hamilə olan gündən ağrılarım getdi.Hamımız şişin getməsinə çox sevindik.Üçüncü hamiləliyim olamasına baxmayaraq,bu uşaq çox gözlənilirdi.Bir gün ultrasəs müayinəsinə getdim və uşağın oğlan olmasını öyrəndim.
Bir anlıq duruxdum.Sonra öz-özümə dedim ki,nə olar,mənim balam ağrılarımı aparıb. Yoldaşım həmişə deyir Allah verən payın hamısı gözəldir.Amma mənə bu uşağı abort etdir deyənlər də oldu.Mən heç kimin sözünə baxmadım.Aborta həmişə pis baxmışam.Hamiləliyim çətin keçdi.Nəhayət,həkimə gedə-gedə birtəhər sona çatdırdım.Amma problem qabaqda imiş.Oğlum olmaq istəmirdi ki,istəmirdi.Həkimlərin hesablamalarına görə 9 ay bitmişdi.Qeysəriyyə əməliyyatı istəmədiyimə görə qalmışdıq.Mənə sancı iynələri vurdular.1 kurs,2 kurs,3 kurs.Amma yenə heç nə olmadı.Axırıncı dəfə ultrasəs müayinəsinə gedəndə həkim dedi sənə burdan bir addım da atmaq olmaz.Uşağın həyatı ilə oynama,başı dala qatlanır. Bunu eşidən kimi razı oldum.Özüm yalvardım ki,balama heç nə olmasın.
Nəhayət,məni əməliyyata qaldırdılar.Əməliyyat uğurlu keçdi.Oyanan kimi birinci balamı soruşdum.Yaxşı olduğunu dedilər.Amma uşaq yaxşı inkişaf etmişdi.4 kq,600 q.Qırxı bətnimdə keçmişdi,heç çağalığı olmadı.Elə bil 3 aylıq uşaq idi.Özü də elə qəşəng idi ki,qırmızı yanaqlı oğlan.Həmin aylar heç cürə hafizəmdən silinmir.Həm xoşbəxt,həm də çətin anlarım idi.İndi şükür,hər şey yaxşıdır.Balam totuş-motuş bir oğlandır.Anasının da ağrıları keçib.O mənim qurtarıcı mələyim oldu.Allah hamiya gözəl balalar qismət eləsin.Üçüncü olmasına baxmayaraq elə sevilir ki,şəkərdən də şirin balam...