Əziz xanımlar, söz verdiyim kimi öz doğuş hekayəmi sizlərlə paylaşıram...
2007-ci ildə ailə həyatı qurdum. Uşaqlara həvəsim olduqca böyük idi..Təəssüf ki, mən 2 ildən sonra oğlumu qucağıma aldım, amma buna da şükür. Ailə həyatı qurdum və 1 aydan sonra Rusiyaya gəldik. Uşağın olmasına görə burda həkimlərdən keçdim.
Rusiyada məndən ancaq analiz götürməklə kifayətlənirdilər. Müalicəmi yarıda qoyub Azərbaycana getməli oldum. Ancaq hamilə olacağıma heç inanmırdım. Uşaq ağlındaydım.
Bir gün inanmadığım gerçək oldu. Testin 2 xətt göstərməsi mənə möcüzə kimi gəldi. Burdakı həkimim Bakıya getdim deyə məndən incimişdi, hətta mənə; "sən hamilə qala bilməzsən, gərək cox müalicə götürəsən", demişdi. Habuki mən həmin vaxtı hamiləymişəm, o isə USM-dən bunu görməmişdi. Bakıdakı həkimim də mənə ciddi bir şeyin olmadığını demişdi.
Dinarım olmamışdan yoldaşım adını qoymuşdu. İlk 3 ayı ancaq su ilə dolanırdım. Çox pis keçirtdim hamiləliyi, amma dözürdüm, çünki mən ALLAHıma mənə övlad ver, men hər şeya dözərəm dəyə yalvarmışdım. Heçnə yemədiyimə görə xəstəxanada qalmalı oldum. Həmin anda anamı çox istəyirdim yanımda...
Və nəhayət 9 ayı çətinliklə başa vurdum. Anam da, qaynanam da yanıma gəlmişdilər. Anamın gəlməsi məni çox üzdü. Onunla qucaqlaşa bilmədim. Doğum evinin pəncərəsindən əlini tuta bildim, sadəcə...
Tez-tez sancılarım olurdu 9-cu aya girəndən, toksikoz yenə də başlamışdı.
8.12.2009 tarixində səhər müsəlman məscidinə getdik ailəvi. Həmin günü axşam çox pis idim. Təcili yardım çağırdılar, amma 3 gün yenə doğum evində qalmalı oldum. Nazlı DİNARım hələ dünyaya gəlmək istəmirdi. Çox səbirsizlənirdim, görəsən necədir, kimə oxşayır, deyə...
9 aylıq olsam da qarnım 6 aylıq qarnına oxşayırdı. Təsəvvürümdə balaca və cılız oğlan idi. Və nəhayət 11.12.2009 da saat 5 də doğuş zalına qaldırdılar məni, halım yoxuydu 3 gecəydi ağrıdan yata bilmirdim. saat 1ə 10dəq işləmiş DİNARım dünyaya göz açdı. Çəkisi 3kq 800qramm idi. Həkim şokdaydı, inanmırdı. Hamımız Dinarın 2kq ancaq olacağını zənn etmişdik. Baş həkim məni alnımdan öpdü.
"Çətin doğuşa sən dözdün, səsin çıxmadı, sənə sözüm yoxdur", dedi.
Baş həkim yaddaşımda çox mehriban qadın kimi qaldı...
Palataya keçəndə bütün gecəni balama baxdım. Məni ilk təbrik edən yoldaşım oldu. Çox sevinirdim, hələ də inanmırdım ana olduğuma. Və 5 gündən sonra evə buraxdılar. Şənlik keçirtdik balaca Dinarım üçün. Anam da 1 aydan sonra getdi. Yavaş-yavaş balamızı böyütdük. Gecələr yoldaşımla növbə ilə baxırdıq.
Beləcə, balaca Dinarim böyüdü, diş çıxartmağı, oturmağı, yeriməyi hər şeyi vaxtında oldu. O, hamımızın sevimlisidir.Həm də hər 2 tərəfdən 1ci nəvədir. Həm də başa düşməyi və sakit olmağı ilə hamının sevgisini qazanıb. Mənə də hər işdə kömək etməyə çalışır.
ALLAHİMDAN duamı heç əsirgəmədim. Şükürlər olsun.
Hal-hazırda da 2-ci balam yoldadır. İnşallah o da Dinarım kimi mehriban olar.
Sonda hər kəsə ANA olmağı diləyirəm....