Həyatınızı asanlaşdıracaq yeniliklə tanış olun
İstər çamadanınızın ən üst hissəsində yerləşdirin, istərsə də bunun üçün xüsusi bir hissə ayırın, alt paltarlarınızı çantalarınıza qoyduğunuz kimi tapa bilməzsiniz. Pozulan formaları onları köhnə göstərə bilir, ya da istifadəyə yararsız olur. İndi bunun üçün sadə, amma olduqca işə yarayan bir çarə var.
Tətil çamadanınızı hazırlamadan əvvəl sizə təklif etdiyimiz bu yeni məhsula bir nəzər salın. Çamadanınızı hazırlayarkən "Alt paltarlarımı necə yerləşdirim?" dərdi çəkmək artıq bitdi. Alt paltarlarınızı deformasiya olmadan, hamısını bir yerdə tapacağınız qəşəng bir çanta içərisində daşımaq istəməzsinizmi? "Həyatı asanlaşdıran çantalar" şüarı ilə çıxış edən bir firma möcüzəviçanta istehsal edib. Alt paltar daşıma çantası haqqında əvvəllər heç eşitmişdinizmi? Bəli, artıq bu da mümkündür. Hər hansı bir səfərə çıxarkən çamadanın künclərinə sıxışdırdığımız alt paltarları həmişə qırış-qırış olurdu. Qadınların bu şikayətlərini nəzərə alaraq, geyim çantaları istehsal edilib və qadınların şikayətləri də sona yetib. Çünki bu çantada yalnız alt paltarları daşına biləcək. Beləliklə də çamadan künclərinə sıxışdırdığınız alt paltarlarınız artıq deformasiyaya uğramayacaq. Onu da qeyd etmək istəyirəm ki, bu çanta 100 % təbii pambıq parçadan hazırlanır.
Büsthalterlərinizin əzilmədən yerləşdirilməsi üçün xüsusi olaraq hazırlanmış yumru bölmə, zəncirbəndli və zəncirbəndsiz ciblərdən ibarət olan altpaltarıçantası sayəsindəgeyimləriniz əzilməyəcək.
Çəhrayı, mavi, yaşıl və bənövşəyi rəng variantları olan alt paltarı çantalarınıevinizdəki şkafların siyirmələrinə yerləşdirməklə də istifadə edə bilər, paltaryuyan maşında soyuq, ya da ilıq suda, zəif dərəcədə yuya bilərsiniz.