Qarpız - artıq çəki ilə mübarizə aparmağa kömək edir. Birincisi, qarpızın sidikqovucu xüsusiyyəti vardır; belə ki, artıq mayenin orqanizmdən xaric olması nəticəsində 1-2 kq çəkidən azad olmaq mümkündür. İkincisi də ki, qarpız aclıq hissini aradan götürür.100 qram qarpızda kalorilik cəmi 38 kkaldır.Qarpız şirəsi fruktozanın mənbəyi hesab edilir. Fruktoza adi şəkərlə müqayisədə daha tez həzm edilir. Həmçinin, şirənin tərkibində sellüloza vardır ki, bu da xolestrini tez bir zamanda orqanizmdən çıxarır. Dietoloqların fikrincə, gün ərzində 2.5 kq qarpız yemək olar. Böyrəyində daş olan insanlar qarpızdan daha çox yeməlidirlər.Lakin qarpız şirəsindən gün ərzində yalnız yarım stəkan içmək lazımdır. Çünki, qarpızın sidikqovucu təsiriolduqca güclüdür.
Kosmetologiyada qarpızdan və onun şirəsindən istifadə edilir. Qarpızınşirəsindən üz üçün maska və losyon hazırlamaq olar. Belə maskalarquru, cansız, elastikliyini itirmiş dəriyə gözəl təsir edir, dərini nəmləndirirvə canlandırır.
Nəmləndirici maska
Qarpız sızanaqlı dərinin nəm balansını bərpa edir, iltihabı qurudur. 1 çayqaşığı qarpız şirəsi ilə, 1 çay qaşığı banan püresini qarışdırın, üzdərinizə çəkin. 10-15 dəqiqə saxlayın, sonra isti su ilə yuyun. Beləbanan-qarpızlı maska bütün dəri tiplərinə uyğundur.
Qarpız-yumurtalı maska
1 çay qaşığı qarpızın üzərinə 1 yumurta sarısı əlavə edib qarışdırın.Maska quru və normal dəriyə uyğun gəlir. Yağlı dəri üçün isə bu maskanı belə hazırlayın - 2-3 yumurta ağına qarpızşirəsini əlavə edib qarışdırın. Maskanı üzə çəkməmişdən öncə üz və boyundərisini qarpız şirəsi ilə silin. Bu maskanı üz dərinizə çəkib 15-20 dəqiqəsaxlayın, sonra sərin su ilə yuyun.
Bütün növ dəri üçün maska
1 neçə dilim qarpızı əzin, 10-15 dəqiqəlik üzünüzə çəkin. Maskanı quru dəriyəçəkməmişdən öncə üzünüzü zeytun yağı ilə silin. Maskanı yuduqdan sonra dəriniziqurudub qidalandırıcı krem çəkin.Belə maska dərini təmizləyir, quru və elastikliyini itirmiş dərinicanlandırır. Qarpız çox güclü antioksidant hesab edilir.
Üz üçün qarpız şirəsi
1 neçə dilim qarpızı doğrayın, şirəsini sıxın, 5-6 qat tənzif salfeti orabatırıb 15-20 dəqiqəlik üzünüzə qoyun. Sonra, üzünüzü su ilə yaxalayıb qurudunvə dərinizə qidalandırıcı krem çəkin.Qarpız şirəsi dərini çox gözəl canlandırır, quruluğunu aradan qaldırıb təmizləyir.
Üz üçün canlandırıcı maska
Yarım stəkan süddə hazırlanmış sıyığa 1 yumurta sarısı, 2 çay qaşığı qarpızşirəsi, bal, bitki yağı ve yarım çay qaşığı duz əlavə edib qarışdırın, üzünüzə çəkin, 20-30 dəqiqə saxladıqdan sonrayuyun.