Makiyaja saatlarla vaxt sərf edir, amma yenə də istədiyiniz görünüşü təmin edə bilmirsinizmi? Etdiyiniz makiyaj dərhal axır, ya da üzünüzdə qəlib kimi dayanır? Gözəl görünmək üçün etdiyiniz makiyaj sizi olduğunuzdan daha pis göstərirsə, bəzi makiyaj vərdişlərini artıq dəyişdirmək lazımdır. Mütəxəssislər makiyaj səhvlərini və onları necə düzəldə biləcəyinizi izah edir.
Səhv: Tünd dodaq qələmi və açıq rəngli dodaq boyası
Makiyaj mütəxəssisləri bu tip makiyajın 80-ci illərdə qaldığını və artıq dodaq qələmində daha təbii və dodaq boyasınauyğun tonların seçilməsi lazım olduğunu ifadə edir. Əgər tünd qırmızı rəngli dodaq qələmindən istifadə edəcəksinizsə, bununla bütün dodağınızı doldurmalı və üstünə açıq rəng bir dodaq boyası əvəzinə şəffaf parladıcı vurmalısınız.
Səhv: Dodaq xəttindən kənara çıxandodaq qələmi
Dodaqlarınızdan kənara çıxan dodaq qələmi makiyajınızın dağıldığı hissini yaradır və təbii görünmür. Bunu əngəlləmək üçün əvvəlcə dodaq xəttinizi qələmlə təyin edin, yalnız dodağınızın sərhədi boyunca qələm çəkin, kənara çıxmayın. Sonraçəkəcəyinizdodaq boyasıdodaqlarınıza istədiyiniz dolğun görünüşü verəcək. Dolğunlaşdırıcıdodaq boyasınınüzərinə bir miqdar şəffaf parladıcı sürtmək faydalı olar.
Səhv: Həddindən artıq qalın, ya da həddindən artıq incə qaşlar
Gur qaşlı qadınlar qaşlarını rəngləməkdən çəkinməlidirlər, çünki onların ehtiyacı olan şeylər yalnız maqqaş və bir az qaş gelidir.
Seyrək qaşlı qadınlar isə qaşlarını daha gur göstərmək üçünfırçayla qaşın təbii xəttini pozmadan onu rəngləməlidir, bu,qaşlarınızı gur göstərəcək və üzünüzə rəng qatacaq.
Əgər qaşlarınız həddindən artıq seyrəkdirsə, makiyaj mütəxəssisləri qaşlarınıza əvvəlcə qələmlə forma verdikdən sonra qaş, ya da göz qələmi ilə üzərindən getməniz təklif edilir.
Səhv: Göz qapağının xarici küncünü keçən şəkildə çəkilmiş eyeliner
Pişik gözü olaraq adlandırılan Kleopatra stili eyeliner cazibədar ola bilər, ancaq bunu şişirtməmək lazımdır. Eyeliner ən çətin tətbiq edilən makiyaj vəsaitlərindən biridir. Bu mövzuda mütəxəssislər, işinizə yaracaq püf nöqtələri verir: əgər makiyaja yeni başlayan birisinizsə, əvvəlcə qələmdən istifadə etməlisiniz. Eyeliner daha gözəl bir görünüş təmin edər, amma eyni zamanda təcrübə və əl bacarığı tələb edir.
Möhtəşəm göz makiyajının sirri:
- İç tərəfdən xarici küncə doğru, kirpik dibləri boyunca incə bir xətt çəkin.
- Xarici kənarda yuxarı doğru bir xətt çəkin.
- Göz kənarınızdan çox da uzağa getmədən xətti uzadın (daha dramatik bir görünüş istəyirsinizsə, göz kənarından bir az daha uzaqlaşa bilərsiniz).
Eyelinerlə gözünüzə xətt çəkərkən, xəttiqaşın kənarından çölə çıxarmayın.
Səhv: Toplanmış şəkildə tuş
Uzun müddət dağılmadan qalan, toplanmamış bir tuş üçün makiyaj mütəxəssisləri bunları təklif edir:
- Tuşuçəkməzdən əvvəlfırçanın üzərindəki artıqları tuş qabının kənarına silin.
- Ziqzaq çəkərək, kirpiklərin diblərindən uclara gələrəktuş çəkin.
- Kirpiklərinizi tək-tək ayırmaq və artıqlardan xilas olmaq üçüntuşqurumadan köhnə bir diş, ya da kirpik fırçasıyla kirpiklərinizi darayın.
- Əgər istəsəniz, bir dəfə dətuşçəkinvə darama əməliyyatını təkrarlayın.
Səhv: Diqqətə çarpan kirşanxətti
Üzümüzə sağlam görünüş vermək üçün çəkdiyimiz ənlikdüz çəkilmədikdətəbii olmayan bir görünüş verər. Bunun qarşısını almaq üçün:
- Ənliyiçəkməzdənəvvəl ənlik fırçasındakı ənliyi təmizəyin.
- Böyük fırça ənliyi daha bərabər paylayacaq.
- Gülümsəyin və fırçanı almacıq sümükləriniz üzərindən saç xəttinizə və qulağınıza doğru yayaraq ənliyi çəkin. Əgər lap çox çəksəniz,üzərinə şəffaf bir pudra vurun.
Səhv: Qüsurları önə çıxarantonal krem
Əgər üzünüzə lazımından artıq tonal krem sürtsəniz, saxlamaq istədiyiniz qüsurlarınız daha da önə çıxacaq. Buna maneə törətmək üçün:
- Tonal kreminizə az miqdarda nəmləndirici qarışdırın. Bu, tonal kremin incə qırışlardan çölə sızmasını əngəlləyər.
- Mineral makiyaj vəsaitləri sizə təbii görünüş verərkən, sızanaq və ləkələrinizi də gizləyəcək.
Səhv: Çənədə diqqətə çarpan tonal krem izi
Əgər tonal kreminizin rəngini uyğun seçməsəniz, üzünüzlə çənə aşağısındakı boyun bölgənizdəki rəng fərqlilikləri sizi maska taxmış kimi göstərəcək. Buna maneə törətmək üçün əvvəlcə uyğun tonal krem rənginizi tapmanız lazımdır:
- Əvvəlcə getdiyiniz mağazada kömək almaqdan və məhsulu sınamaqdan çəkinməyin.
- Tonal kremi sınamaq üçün təbii işıq olan yerdə durun və əlinizə ayna alaraq uyğun rəngi seçin. Mütəxəssislər boynumuzun üzümüzdən və sinəmizdən fərqli olduğunu ifadə edir. Bu səbəblə boynumuzda təbii rəngi almaq üçün tonal kremiçənədən boyuna doğru düz bir şəkildə yaymaq lazımdır.